Bakı. Trend:
İsveç yığmasının hücumçusu Zlatan İbrahimoviç Avro-2016-dan sonra milli komandada karyerasını başa vuracaq. Bu barədə Trend "Reuters" agentliyinə istinadən məlumat verir.
Futbolçu bildirib: "Fransada keçirilən Avropa çempionatında son oyunumuz İsveç yığmasında son oyunum olacaq. Lakin ümid edirəm ki, bu, sabah baş verməyəcək".
Qeyd edək ki, İsveç Avro-2016-da iki oyundan sonra 1 xal toplayıb. Komanda E qrupunda son matçını sabah Belçika yığmasına qarşı keçirəcək.