Bakı. Trend:
Fransada futbol üzrə Avropa çempionatı davam edir.
Trend-in məlumatına görə, turnirin 1/4 final mərhələsi çərçivəsində Marsel şəhərində Polşa və Portuqaliya yığmaları qarşılaşıblar.
Oyunun 2-ci dəqiqəsində Levandovskinin zərbəsi dəqiq alınıb. Lakin 33-cü dəqiqədə Sançeş hesaba tarazlıq gətirib -1:1.
Matçın əsas vaxtında və əsas vaxta artırılmış dəqiqələrdə başqa qol qeydə alınmadığından oyunun taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Burada portuqaliyalılar üstün olublar - 5:3