Bakı. Trend:
Futbol üzrə 2018-ci il Dünya Çempionatında hakimlərə videoyardım sistemi - VAR-ın tətbiq olunması Beynəlxalq Futbol Federasiyasının (FIFA) ən əsas nailiyyətidir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Romada futbol sammitinin yekunu üzrə FIFA-nın prezidenti Canni İnfantino deyib.
C.İnfantino bildirib: "Qadın futbolu və Dünya Çempionatında VAR-ın tətbiqi FIFA-nın ən əsas nailiyyətləridir. VAR oyunu ona qarışmadan daha da aydın edib. Sistem hakimlərə kömək edir və öz effektivliyini sübut edib".
Qeyd edək ki, sistemin test edilməsi 2016-cı ildə keçirilib. Hal-hazırda VAR İtaliya, Almaniya və İspaniya çempionatlarında tətbiq olunur. 2017-ci ildə o, Konfederasiyalar Kubokunda, 2018-ci ildə isə Rusiyada keçirilən DÇ-2018-də tətbiq olunub.