...

Canni İnfantino yenidən FIFA-nın prezidenti seçilib

İdman Materials 17 Mart 2023 02:16 (UTC +04:00)
Canni İnfantino yenidən FIFA-nın prezidenti seçilib

Bakı. Trend:

Ruandanın paytaxtı Kiqali şəhərində keçirilən Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) 73-cü Konqresində təşkilatın prezident seçkiləri olub.

Trend xəbər verir ki, yeganə namizəd Canni İnfantino yenidən FIFA-nın prezidenti seçilib. O, 2027-ci ilə qədər qurumun rəhbəri vəzifəsinə təsdiq edilib.

Xatırladaq ki, Canni İnfantino ilk dəfə 2016-cı ildə səsvermənin ikinci turunda mümkün 207 səsdən 115 səs toplayaraq FIFA-nın prezidenti seçilmişdi. 2019-cu ildə o, ikinci müddətə yenidən bu vəzifəyə təsdiq olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti