...

FIFA göy vərəqənin tətbiqinin əleyhinədir

İdman Materials 3 Mart 2024 07:43 (UTC +04:00)
FIFA göy vərəqənin tətbiqinin əleyhinədir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino təşkilatın göy vərəqənin tətbiqinə qarşı çıxdığını bildirib.

Trend-in məlumatına görə, “Sky News” İnfantinonun bu sözlərini sitat gətirir: “FIFA göy vərəqələrin qəti əleyhinədir. Göy vərəqəyə qırmızı vərəqə göstərəcəyik. Heç vaxt. Biz IFAB-da, FIFA-da ideya və təkliflərin nəzərdən keçirilməsinə həmişə açığıq... Lakin bunlara nəzər salanda oyunu, onun mahiyyətini, ənənələrini müdafiə etməliyik. Göy vərəqə yoxdur”.

Bundan əvvəl mediada xəbər yayılmışdı ki, tezliklə futbol oyununda göy vərəqə tətbiq oluna bilər. Göy vərəqə oyunda aşkar qayda pozuntusuna və yaxud hakimlə aşkar mübahisəyə görə təqdim edilə bilər. Göy vərəqə alan oyunçular meydandan 10 dəqiqəlik çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti