...

"Real Sosyedad"ın yarımmüdafiəçisi klubunu dəyişə bilər

İdman Materials 26 Mart 2025 22:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendi La Liqada klubunu dəyişə bilər.

Trend xəbər verir ki, Madridin "Real" klubu, ispan futbolçusunu transfer etmək istəyir və onun klubu ilə bağlanmış müqaviləsindəki 60 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Subimendi ilə həmçinin İngiltərənin "Arsenal" klubu da maraqlanır. 26 yaşlı futbolçu, "Real Sosyedad"ın yetirməsidir və İspaniya milli komandasının üzvüdür. Bu mövsüm La Liqada 38 rəsmi matçda iştirak edən yarımmüdafiəçi 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti