...

Avropa çempionatında sərbəst güləşçilərimiz uğurla çıxış edir (FOTO) (YENİLƏNİB)

İdman Materials 8 Aprel 2025 23:15 (UTC +04:00)
Avropa çempionatında sərbəst güləşçilərimiz uğurla çıxış edir (FOTO) (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Trend-in məlumatına görə, yarışın ikinci günündə sərbəst güləşçilər mübarizəyə qoşulub.

Kənan Heybətov macarıstanlı dünya və Avropa çempionu İsmayıl Musukayeva 5:2 hesabıyla qalib gələrək Avropa çempionatında bürünc medal qazandı.

Azərbaycan millisinin 9 nümayəndəsi xalçaya çıxıb. Onlardan 2-si final mərhələsinə yüksəlib və sabah qızıl medal uğrunda güləşəcək. Daha 3 pəhləvanımız isə bu gün bürünc medal qazanıblar.

XXX

21:15

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Trend-in məlumatına görə, yarışın ikinci günündə sərbəst güləşçilər mübarizəyə qoşulub.

Beş çəki dərəcəsində əsas qarşılaşmalara start verilib, digər beş kateqoriyada isə təsəlliverici görüşlər keçirilib.

Azərbaycan millisinin 9 nümayəndəsi xalçaya çıxıb. Onlardan 2-si final mərhələsinə yüksəlib və sabah qızıl medal uğrunda güləşəcək. Daha 3 pəhləvanımız isə bu gün bürünc medal görüşünə çıxacaq.

Avropa çempionatı
Sərbəst güləş

57 kq
İslam Bazarqanov bürünc medal uğrunda güləşib. Onun rəqibi İvaylo Tisov (Bolqarıstan) olub. 12:2 hesabı ilə qalib gələn İslam Avropa çempionatında yığmamıza ilk medalı qazandırıb.

61 kq
Nurəddin Novruzov ilk qarşılaşmasını 1/4 finalda keçirib. O, albaniyalı Zelimxan Abakarova 2:11 hesabı ilə uduzub. Onun rəqibi finala yüksələ bilmədəyindən güləşçimiz bürünc şansını itirib.

65 kq
Əli Rəhimzadə bürünc medal uğrunda qarşılaşmaya çıxıb. Andrey Sviridlə (Ukrayna) üz-üzə gələn təmsilçimiz 4:0 hesabı ilə qalib gələrək, bürüncə sahib çıxıb.

70 kq
Kənan Heybətov bürünc medal uğrunda qarşılaşmada rəqibini gözləyir. O, İsmayıl Musukayev (Macarıstan) - Viktor Voynoviç (Serbiya) görüşünün qalibi ilə üz-üzə gələcək.

74 kq
Ağanəzər Novruzov yarışa 1/8 finaldan başlayıb. O, Yeqor Akuliçə (UWW) tam üstünlüklə (10:0) qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə gürcüstanlı Giorgi Elbakidzeni 5:3 məğlub edən güləşçimiz yarımfinala vəsiqə qazanıb. Ağanəzər albaniyalı Çermen Valievə 0:6 hesabı ilə uduzub. Təmsilçimiz sabah bürünc uğrunda Ramazan Ramazanovla (Bolqarıstan) qarşılaşacaq.

79 kq
Orxan Abasov təsəlliverici görüşə çıxıb. O, slovakiyalı Aksarbek Qulayevə 3:4 hesabı ilə uduzaraq medal şansını itirib.

86 kq
Arseniy Djioyev 1/8 finaldan yarışa start verib. O, Artur Nayfonova (UWW) 1:2 hesabı ilə uduzub.

92 kq
Osman Nurmaqomedov xalça üzərinə 1/8 finalda ukraynalı Denis Sahalyuka tam üstünlüklə (11:0) qalib gələrək 1/4 finala adlayıb. Ardınca Yaroslav Yadkovskini (UWW) 10:0 hesabı ilə qalib gələn pəhləvanımız yarımfinala yüksəlib. O, gürcü Miriani Maysurazdeyə 5:2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Osman qızıl uğrunda Dauren Kuruqliyevlə (Yunanıstan) üz-üzə gələcək.

125 kq
Giorgi Meşvildişvili 1/4 finaldan yarışa start verib. Vladislav Baytsayevə (Macarıstan) 5:0 hesabı ilə qalib gələn güləşçimiz yarımfinala vəsiqə qazanıb. Giorgi bu mərhələdə Yanis Xramiankova (UWW) 8:5 hesabı ilə məğlub edərək finala yüksəlib. O, həlledici görüşdə gürcü Solomon Manaşvilə ilə qarşılaşacaq.

Qeyd edək ki, “X-Bionic” İdman Kompleksində keçiriləcək qitə birinciliyinin görüşləri hər gün Bakı vaxtı ilə saat 12:30-da start götürəcək. Yarımfinallar 18:45-də, medallar uğrunda qarşılaşmalar isə 20:00-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti