...

Gimnaziada İdman Oyunlarında taekvondoçularımızdan uğurlu start (FOTO)

İdman Materials 8 Aprel 2025 21:25 (UTC +04:00)
Gimnaziada İdman Oyunlarında taekvondoçularımızdan uğurlu start (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiyanın Pojeqa şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında taekvondo yarışlarının ilk günü Azərbaycan təmsilçiləri üçün uğurlu nəticələrlə yadda qalıb.

Trend-in məlumatına görə, qızlar arasında Rüqəyya Əliyeva (33 kq) finalda braziliyalı Maria Heloisa de Almeydanı məğlub edərək qızıl medal qazanıb. Mədinə Aslanlı (29 kq) isə finalda tailandlı Anya Xansukiyə uduzaraq gümüş medalın sahibi olub. Mehriban İsmayıllı (44 kq) taypeyli Vui-Ni Çanqla, Gülnaz Abdullayeva (59 kq) isə çinli Du Ruisi ilə yarımfinal görüşündə məğlub olaraq bürünc medalla kifayətləniblər.

Oğlanlar arasında Əbil Mehrəli (45 kq) finalda iranlı Martia Şəmsizadəyə uduzaraq gümüş medal qazanıb. Saleh Heydərov (53 kq) isə yarımfinalda braziliyalı rəqibinə məğlub olaraq bürünc medala sahib olub.

Digər təmsilçilərimizdən Sabir Məmmədli (33 kq), Nicat Nadirov (41 kq), eləcə də qızlardan Aysu Aslanlı (41 kq) və Həqiqət Ələsgərli (51 kq) yarışlarda mübarizəni 1/4 finalda dayandırıblar.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da daha 10 taekvondoçu ilə yarışlara davam edəcək.

Xəbər lenti

Xəbər lenti