...

Səfər Mehdiyev: DGK büdcəyə proqnozdan 52 milyon manat artıq vəsait köçürüb (FOTO)

İqtisadiyyat Materials 17 Aprel 2019 17:32 (UTC +04:00)
Bu ilin I rübü ərzində Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 1 milyard 15 milyon manat vəsait köçürüb.
Səfər Mehdiyev: DGK büdcəyə proqnozdan 52 milyon manat artıq vəsait köçürüb (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu ilin I rübü ərzində Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 1 milyard 15 milyon manat vəsait köçürüb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

S.Mehdiyev bildirib ki, bu, nəzərdə tutulan plan-proqnozdan 52 milyon manat artıqdır:

"Keçən ilin müvafiq dövrü ilə müqayisədə 287 milyon manat artıq vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti