...

Bərdə-Ağdam yolunun asfalt örtüyünün vurulması işlərinə başlanılıb (FOTO)

İqtisadiyyat Materials 6 Mart 2022 18:58 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Bərdə-Ağdam yolunun asfalt örtüyünün vurulması işlərinə başlanılıb.

Trend-in məlumatına görə, bunu özünün "Twitter" səhifəsində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yazıb.

"Bu gün uzunluğu 45 km, eni 26.5 metr olan 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəyə uyğun olaraq inşa edilən Bərdə-Ağdam yolunun asfalt örtüyünün vurulması işlərinə başlanılmışdır", - deyə E.Hüseynov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti