Bakı. Trend:
2022-ci il avqustun 1-nə olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 7,407 milyard dollar təşkil edib.
Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, bu göstərici ötən ayla müqayisədə 0,48 faiz çoxdur.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə valyuta ehtiyatları 14,02 faiz artıb.