...

SOCAR və "Tatneft" neft-kimya sahəsində qarşılıqlı fəaliyyət göstərəcək

İqtisadiyyat Materials 7 Mart 2024 20:39 (UTC +04:00)
SOCAR və "Tatneft" neft-kimya sahəsində qarşılıqlı fəaliyyət göstərəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Rusiyanın “Tatneft” Publik Səhmdar Cəmiyyəti (PSC) arasında neft-kimya sahəsində qarşılıqlı fəaliyyətə dair Saziş və neft yatağında birgə işlərə dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Trend-ə SOCAR-dan bildirilib.

Belə ki, SOCAR-ın prezidenti Rövşən Nəcəf “Tatneft” PSC-nin baş direktoru Nail Maqanov ilə görüşüb.

Görüş çərçivəsində iki şirkət arasında insan kapitalının inkişaf etdirilməsi və bu istiqamət üzrə perspekiv birgə hədəflər barədə müzakirələr aparılıb.

Nümayəndə heyəti səfər zamanı “TANEKO” neft emalı və neft-kimya zavodu kompleksində, habelə “Tatneft” PSC-nin digər müəssisələrində olub, istehsalat prosesi ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti