...

Latviyadan Azərbaycan iqtisadiyyatına yatırımlar 2 dəfəyə yaxın artıb

İqtisadiyyat Materials 27 Mart 2025 00:05 (UTC +04:00)
Latviyadan Azərbaycan iqtisadiyyatına yatırımlar 2 dəfəyə yaxın artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Latviyanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 24,4 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, 2023-cü ildəki göstərici ilə müqayisədə ötən il sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 11,4 milyon ABŞ dolları və ya 1,9 dəfə artıb.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Latviyadan yatırılan investisiyaların payı 0,3% təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Latviyadan Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 13 milyon ABŞ dolları olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarından çox olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,8 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti