Azərbaycan, Bakı, 08 yanvar/ Trend , müxbir S.Babayeva/ 2008 - ci ilin yanvar-noyabrında Naxçıvan Muxtar Respublikasının (NMR) nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən təxminən 7,6 mln. ton yük və 48 mln. sərnişin daşınıb, - NMR-in Bakıdakı daimi nümayəndəliyindən bildiriblər. 2007 - ci ilin 11 ayı ilə müqayisədə, yük daşınmaları 7,6 faiz, sərnişin daşınmaları - 8,6 faiz artıb.
Hər iki istiqamətdən 26,6 mln. manat gəlir əldə edilib ki, bu da 2007 - ci ilin yanvar -noyabrından 14,3 faiz çoxdur.
Bununla yanaşı, yük və sərnişin daşınmalarının, müvafiq olaraq, 99,7 faiz və 95,7 faizi, əldə edilmiş ümumi gəlirlərin (19,3 mln. manat) 80,4 faizi özəl sektor müəssisələrinin payına düşüb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008 - ci ilin yanvar - noyabrında Azərbaycanın bütün nəqliyyat sektoru ilə 165,2 mln. ton müxtəlif yük daşınıb ki, bu da 2007 - ci ilin 11 ayının göstəricilərindən 10,4 faiz çoxdur. Yanvar - noyabr ərzində sərnişin nəqliyyatı ilə 1,1 mlrd. nəfər daşınıb və bu 2007 - ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]