...

Bakıda "28 May" stansiyasının yeni çıxışı yazın sonunda açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2009 21:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar/ Trend , müxbir E.İsmayılov/ Bakı metropoliteni yayda "28 May" metro stansiyasının Salatın Əsgərova küçəsinə ikinci çıxışının vestibülünü istismara verməyi planlaşdırır, - metropolitendəki, işlərə yaxın mənbə bazar ertəsi bildirib.

Onun sözlərinə görə, "indi tikinti işləri davam edir və mayda vestibülü istismara verəcəyik".

Bundan başqa, ilin sonuna metronun yeni çıxışın yanında yerləşəcək inzibati binası istismara veriləcək, - mənbə deyib.

Bakı metropoliteni ("İçəri Şəhər" stansiyasından "Nəriman Nərimanov" stansiyasınadək üç aralıq stansiya ilə) 1967 - ci ildən fəaliyyət göstərir. Metropolitenin yeddi stansiyası ("İçəri Şəhər", "Sahil", "28 may", "Cəfər Cabbarlı", "Xətai", "Nizami", "Elmlər Akademiyası") dərin enişli, Bakmil - yerüstü, qalanları isə sütunlu, dayaz enişlidir (cəmi 21 stansiya).

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti