...

Azərbaycan dəmir yolu nəqliyyatı üzrə beynəlxalq görüşdə iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / MDB və Baltikyanı ölkələrin dəmiryol nəqliyyatı Şurasının 46-cı toplantısında sərnişin və yük qatarlarının hərəkət qrafiiki, yük qatarlarının və konteyner vaqonlarının formalaşdırılmasının hazırlıq planı müzakirə olunacaq. Azərbaycan Dövlət Dəmir Yolundan venrilən məlumata görə, 17-19 mayda Astanada keçiriləcək toplantıda Azərbaycan da təmsil olunacaq.

Görüşdə həmçinin Şuranın ötən toplantılarının qərarları, 2007-ci ilin ötən 4 ayı ərzində dəmiryol şəbəkəsinin istismar nəticələri, 2007-2008-ci illərdə beynəlxalq səviyyədə vaqonların hərəkət istiqamətləri, yük və konteyner vaqonlarının siyahısının hazırlanması, dəmiryol administrasiyaları arasında qarşılıqlı hesablaşmaların müzkirə olunacağı gözlənilir.

İclas zamanı beynəlxalq sərnişin daşımaları barədə razılaşamaya dəyişikliklərin edilməsi, daşımalar haqqında qaydalara və s. məsələlərə baxılması da gözlənilir.

Görüşdə ADDY rəisi Arif Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti