...

ARDNŞ prezidenti "Statoil" və "Total E&P" şirkətlərinin nümayəndə heyətlərini qəbul edib

Energetika Materials 14 Yanvar 2011 18:53 (UTC +04:00)
Cümə günü ARDNŞ prezidenti Rövnəq Abdullayev "Statoyl" şirkətinin təbii qaz üzrə icraçı vitse-prezidenti Rune Byornsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
ARDNŞ prezidenti "Statoil" və "Total E&P" şirkətlərinin nümayəndə heyətlərini qəbul edib

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir A.Bədəlova/

Cümə günü ARDNŞ prezidenti Rövnəq Abdullayev "Statoyl" şirkətinin təbii qaz üzrə icraçı vitse-prezidenti Rune Byornsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə cümə günü ARDNŞ-nin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Görüşdə ARDNŞ prezidenti son illər ərzində neft və qaz sahəsində əldə edilən uğurlarda xarici tərəfdaşların, o cümlədən "Statoyl" şirkətinin mühüm rol oynadığını qeyd edib.

O, "Şahdəniz-2" layihəsinin qərb istiqamətində təbii qaz ixracının artırılması üçün böyük əhəmiyyətini də vurğulayıb.

Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu tərəfindən imzalanan "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə"ni Avropanın enerji təchizatının təmin edilməsində növbəti uğur kimi dəyərləndirib.

Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya nəqli məsələsində ARDNŞ ilə xarici tərəfdaş şirkətlərin mövqeyi üst-üstə düşdür.

Görüş zamanı tərəflər "Statoyl" şirkətinin iştirakı ilə Azərbaycanda həyata keçirilən neft-qaz layihələrinin gedişini, eləcə də Azərbaycan qazının nəqlinin diversifikasiyası məsələlərini müzakirə ediblər.

Cümə günü ARDNŞ prezidenti "Total E&P"nin Avropa və Mərkəzi Asiya üzrə baş vitse-prezidenti Maykl Borrellin rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul edib.

Xəbər lenti

Xəbər lenti