...

Bakı limanı rəqəmsallaşma və beynəlxalq əməkdaşlıq yolu ilə Azərbaycanın tranzit potensialını genişləndirir

Energetika Materials 20 İyul 2021 08:07 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev - Trend:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı rəqəmsallaşma və beynəlxalq əməkdaşlığın inkişafı yolu ilə Azərbaycanın tranzit potensialının genişəndirir.

Bunu Trend-ə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəisi Xudayar Həsənli deyib.

Onun sözlərinə görə, liman ərazisində ortamüddətli perspektivdə üç iri layihənin reallaşdırılması planlaşdırılır:

"Təkərli texnika ilə daşımalarının artımı ilə əlaqədar Bakı limanı TIR parkının yaradılmasın planlaşdırır. Bu parkın üstünlükləri liman ərazisində təkərli texnikanın parkinqi, istirahət zonalarının təqdim edilməsi, təmir işləri, yüklərin gömrük rəsmiləşdirilməsi üzrə əməliyyatlar kimi xidmətlərin göstəriməsi olacaq. TIR parkı layihəsi artıq hazırlanıb, onun tikintisinin özəl investisiyalar əsasında reallaşdırılması planlaşdırılır".

O qeyd edib ki, liman konteyner daşımaları infrastruturunu və göstərilən xidmətləri genişləndirir: "Konteyner yüklərinin aşırılması infrastrukturunun modernləşdirilməsi hesabına biz işləri daha operativ həyata keçirmək, eləcə də soyuducu konteynerlərə servis xidmətləri göstərmək niyyətindəyik".

Departament rəisi əlavə edib ki, ortamüddətli perspektivdə TIR parkı ilə yanaşı taxıl terminalının da tikintisi planlaşdırılır: "Qarşıya qoyulan hədəflərə nail olunduqdan sonra taxıl daşımalatı ildə 2-3 milyon tonadık çatdırıla bilər".

O bildirib ki, Bakı limanında reallaşdırılması planlaşdırılan iri layihələr ortamüddətli perspektivdə limanın inkişafını sürətləndirəcək, dayanıqlığını və tranzit potensialını, eləcə də beynəlxalq təşkilatların etimadını artıracaq.

Onun sözlərinə görə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı öz elektron sistemini Dövlət Gömrük Komitəsinin və xarici ölkə strukturlarının elektron sisteminə inteqrasiya edir:

"Sstem inteqrasiyası gömrük xidmətlərinə müvafiq nəqliyyat gəlməmişdən qabaq daşınan yüklər barədə məlumat almağa imkan verir. Rəqəmsallaşma sahəsində Azərbaycan, Qazaxıstan və Türkmənistan Xəzər dənizi ilə yüklərin daşınması çərçivəsində ATƏT-lə birgə məlumatların ötürülməsi üzrə vahid sistem yaradır. Bakı limanı ilə Aktau limanı arasında məlumat mübadiləsi sisteminin yaradılması yekun mərhələdədir. Bakı limanı ilə Türkmənbaşı limanı arasında yüklər barədə məlumatların mübadiləsi və idarəetmə sistemi hazırlanıb. Bu cür layihələrin reallaşdırılması həm gömrük məntəqələrində, həm də limanlarda dayanma vaxtını azaldacaq".

X.Həsənli bildirib ki, Bakı limanı yaxın onillikdə yükaşırma həcmini ildə 10 milyon tona çatdırmağı planlaşdırır:

"Liman aşırılan yüklərin tonnajı ilə yanaşı, həcmini də artırmağı nəzərdə tutur. Belə ki, Bakı limanı ərazisində təkərli texnikanın 55-60 min TIR həcmində, konteyner yükünün 80 minədək TIR həcminədək artırılması planlaşdırılır. Bu göstəricilərə çatdıqdan sonra biz potensialın artırılması barədə düşünəcəyik. Yük aşırılması həcminin ildə 10-12 milyon tona çatdırılmasından da limanın genişləndirilməsinin ikinci mərhələsinə keçmək olar. Hazırda biz limanın mümkün potensialının yarısından istifadə edirik".

Onun sözlərinə görə, yeni layihələrin icrası yeni növ yüklərin cəlb olunmasına və limanın buraxılış gücünün artırılmasına imkan verəcək:

"2021-ci ildə yük maşınlarının aşırılması 16 faiz artaraq 13,6 min təşkil edib. Son 3-4 il ərzində konteynerlər vasitəsilə yükdaşımalar artır. Limanımızdan konteyner yüklərinin aşırılmasının artımı limanın infrastrukturu və imkanları ilə əlaqədardır. 2020-ci ildə 40 mindən çox TEU-konteyner aşırılıbsa, bu ilin ilk beş ayı ərzində bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 faiz (17 232 konteyner) artıb. Proqnozlara əsasən, 2021-ci ildə aşırılan konteynerlərin sayı 42-43 minə çatacaq: "Bundan başqa, mineral gübrələrin daşınmasına tələbatın artmasının qeyd etmək lazımdır. Mərkəzi Asiya ölkələri, xüsusilə Türkmənistan, Qazaxıstan və Özbəkistan mineral gübrələrin istehsalı və ixracında böyük potensiala malikdir. Türkmənistanın yeni karbamid zavodu ildə 1,2 milyon ton məhsul istehsal etmək gücündədir".

Departament rəisi vurğulayıb ki, Türkmənistanda istehsal olunan kükürd və mineral gübrələr əsasən ixrac olunur və onların böyük əksəriyyəti Azərbaycandan tranzitlə keçir: "Biz 2020-ci ildə 630 min tondan çox mineral gübrə yola salmışıq. 2021-ci ilin yanvar-may ayları arasında bu göstərici 456 min təşkil edib. Proqnozlarımıza əsasən, bu il ərzində 800 min ton mineral gübrə yola salınacaq ki, bununla əlaqədar biz yeni yükaşırma terminalının tikintisinə başlamışıq. Bu terminalın 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Terminalın buraxılış gücü ildə 2,5 milyon ton təşkil edəcək".

Onun sözlərinə görə, Çin Azərbaycan ərazisindən tranzitlə Niderlandın Venlo limanına blok-qatarlarla yük daşımağı planlaşdırır:

"Son bir neçə il ərzində liman Avropanın iri limanları ilə əməkdaşlığı genişləndirib, bu yaxınlarda isə "Trammo Inc" və Batumi gübrə terminalının sahibi "Wondernet Express Investment Group" şirkətləri ilə anlaşma memorandumu imzalayıb. Avropada əməkdaşlıq etdiyimiz iri limanlara Venlo, Antverpen və digər limanlar daxildir. Gələcəkdə Çin Venlo limanına blok-qatarlarla yük daşımağı planlaşdırır ki, bu qatarlar da tranzitlə bizim limandan keçəcək".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti