...

Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 376 faiz yerinə yetirib

Energetika Materials 12 May 2022 19:44 (UTC +04:00)
Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 376 faiz yerinə yetirib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin aprelində Azərbaycanda neft hasilatı kondensat nəzərə alınmadan 0,58 milyon barel/sutka təşkil edib.

Trend bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.

Bu göstərici mart ayı ilə müqayisədə dəyişməz qalıb.

Qeyd olunub ki, aprel ayında Azərbaycan OPEC+ sazişinin icra olunmasını 376 faiz yerinə yetirib.

2022-ci aprel ayı üzrə hədəf göstərici 0,68 milyon barel/sutka müəyyən edilib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti