...

AYİB və GTZ özəl elektrik stansiyaların inşası layihəsində Azərbaycana texniki yardım göstərmək niyyətindədir

Energetika Materials 17 May 2007 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Almaniyanın Texniki Yardım Cəmiyyəti (GTZ) Azərbaycan hökumətinə ölkədə özəl elektrik stansiyaların inşası layihəsinə (Independent Power Plant) hazırlıq məqsədilə texniki yardım göstərmək niyyətini ifadə edib.

Yardım texniki məsələlərin həlli ilə bağlı müvafiq qanunvericiliyin analizi sahəsində göstərilə bilər. Bununla əlaqədər Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi (İİN) yerli mütəxəssislərdən ibarət işçi qrup yaradıb. Lakin bura xarici mütəxəssislərin də cəlb ediləcəyi gözlənilir. Bundan əlavə, xarici ekspertlərin iştirakı şirkətlərin layihə ilə bağlı təkliflərinin qiymətləndirilməsi zamanı lazım gələcək.

İİN texniki-iqtisadi əsaslandırmanın işlənilməsi üçün Koreyanın "KEPKO" və "STX" şirkətləri ilə ilk memorandum imzalayıb. Onlardan başqa layihəyə daha bir Koreya şirkəti və üç Avropa təmsilçisi maraq göstərir, ö cümlədən "International Power" və "Dion Overseas".

Qeyd edək ki, Azərbaycanda 100 faizlik xarici kapitalı və ümumi gücü 1000 MVt olan iki özəl elektrik stansiyasının inşası planlaşdırılır. Güman ki, həmin stansiyalar Bakı və Gəncədə yerləşəcək.

Xəbər lenti

Xəbər lenti