...

AccessBank yeni prosessinq mərkəzinə keçidin üstünlüklərini açıqlayıb

Maliyyə Materials 12 Mart 2024 12:47 (UTC +04:00)
AccessBank yeni prosessinq mərkəzinə keçidin üstünlüklərini açıqlayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

AccessBank bu yaxında xidmətlərinin inkişafında mühüm addım ataraq yeni prosessinq mərkəzinə keçid edib.

Trend xəbər verir ki, bu barədə AccessBank-ın korporativ, KOB və pərakəndə bankçılıq üzrə icraçı direktoru İlkin Quliyev ilk ko-brendinq filialının açılışının kuluarlarında deyib.

Onun sözlərinə görə, bu qərar bankın kart istiqamətinin populyarlığının gücləndirilməsinə, eləcə də xidmət keyfiyyətinin artırılması və müştərilər üçün təklif olunan məhsul çeşidlərinin genişləndirilməsinə yönəlib.

"AccessBank kartlarının yeni prosessinq mərkəzinə keçirilməsi uğurla və xüsusi çətinlik olmadan baş verdi. Bu köçürülmənin əsas məqsədi kart istiqamətimizi müştərilər üçün daha cəlbedici etmək və onlara daha keyfiyyətli servis və innovativ məhsullar təqdim etməkdən ibarətdir. Bu keçid sayəsində AccessBank öz müştərilərinə bank kartları sahəsində daha maraqlı və səmərəli qərarlar təklif etməyi nəzərdə tutur. Bundan başqa, keçid xidmətlərin keyfiyyətini yaxşılaşdırmağa, o cümlədən nağdsız hesablaşmalardan istifadə edən müştəri bazasını genişləndirməyə imkan verəcək", - deyə o vurğulayıb.

İ.Quliyev qeyd olunan üstünlüklərə əlavə olaraq yeni prosessinq mərkəzinə keçidin mühüm aspektini qeyd edib: AccessBank kartları üçün Apple Pay və Google Pay ödəniş sistemlərinə dəstək verilməsi.

"Yeni prosessinq mərkəzinə keçid sayəsində artıq istifadəçilər təmassız ödənişlərin bütün üstünlüklərindən yararlana biləcəklər. Bu tədbir müştərilərə ödəniş etməyin daha müasir və rahat üsullarını təklif etməyə, eləcə də bank kartlarımızın funksiyalarını və əlçatanlığını genişləndirməyə imkan verəcək", - o deyib.

Qeyd edək ki, "AccessBank" QSC “AccessBank” QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 2002-ci il 25 oktyabr tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir.

AccessBank-ın missiyası ev təsərrüfatlarına, mikro, kiçik və orta sahibkarlıq müəssisələrinə maliyyə xidmətləri və həlləri təklif etməklə, eləcə də bankçılıq sahəsində beynəlxalq səviyyədə qəbul olunan qabaqcıl təcrübələrdən istifadə etməklə Azərbaycanın dayanıqlı inkişafına töhfə verməkdir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti