...

Minilliyin layihəsinin direktoru SAM-da məruzə ilə çıxış edəcək

Siyasət Materials 23 Noyabr 2011 12:30 (UTC +04:00)
Minilliyin layihəsinin direktoru Cerom Kleyton Qlenn noyabrın 25-də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Gələcəyin durumu indeksi - Azərbaycan 2011" adlı məruzə ilə çıxış edəcək.
Minilliyin layihəsinin direktoru SAM-da məruzə ilə çıxış edəcək

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir E.Mehdiyev/

Minilliyin layihəsinin direktoru Cerom Kleyton Qlenn noyabrın 25-də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Gələcəyin durumu indeksi - Azərbaycan 2011" adlı məruzə ilə çıxış edəcək.

SAM-ın mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, tədbirdə SAM, Rabitə və Informasiya Texnologiyaları Nazirliyi, AMEA, Azərbaycan Futuroloqlar Cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak edəcəklər.

Cerom K.QIenn elm və texnologiya siyasəti, iqtisad elmləri, təhsil, müdafiə, proqnozlaşdırma metodologiyası, Millennium Layihəsi, Gələcək Komitə, Xadson İnstitutu üzrə beynəlxalq telekommunikasiyalar və qərarların qəbul edilməsinə dəstək sistemi, hökumət, beynəlxalq təşkilatlar və özəl sənaye üzrə gələcəyə dair (futuroloji) araşdırmalar sahəsində 35 illik təcrübəyə malikdir.

O, milli strateji planlaşdırma, institutsional dizayn, treninq, mikrokredit, Afrika, Orta Şərq, Asiya, Karib Hövzəsi və Latın Amerikası kimi ölkələrdə iqtisadi inkişafın qiymətləndirilməsi kimi məsələlərlə məşğul olan "PFP İnternational" təşkilatının direktor müavini olub, 1983-cü ildə CARİNET kompüter şəbəkəsinin (indi CGNET şəbəkəsinə məxsus) əsasını qoyub, USAİD, Dünya Bankı, UNDP, UNU, UNEP, YUNESKO, DOE kimi beynəlxalq təşkilatlar, həmçinin bir sıra dövlət qurumları və korporasiyalarda məsləhətçi qismində fəaliyyət göstərib.

Cerom K.QIenn 100-dən çox elmi-publisistik məqalə və bir neçə fundamental əsərlərin müəllifidir.

Xəbər lenti

Xəbər lenti