...

Cəsarət Valehov: İndiyədək peşə məktəblərinə aşağı qiymətlə oxuyan şagirdlər qəbul olurdular

Nəzər nöqtəsi Materials 6 Oktyabr 2016 10:54 (UTC +04:00)
İndiyədək peşə məktəblərinə daha çox aşağı qiymətlə oxuyan şagirdlər qəbul olurdular.
Cəsarət Valehov: İndiyədək peşə məktəblərinə aşağı qiymətlə oxuyan şagirdlər qəbul olurdular

Bakı. İlhamə İsabalayeva - Trend:

İndiyədək peşə məktəblərinə daha çox aşağı qiymətlə oxuyan şagirdlər qəbul olurdular. Bu il isə peşə məktəblərinə qəbul olunanlardan 733 nəfərinin əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi “4”-dən yuxarı olub.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, bu tədris ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul pilot olaraq “ASAN peşə” layihəsi üzrə Bakı və Gəncə şəhərlərində həyata keçirilib. Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasında reallaşdırılan layihə çərçivəsində 4286 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.

C.Valehov deyib ki, kimya üzrə 3 Nobel mükafatçıları arasında yeni yaradılan UFAZ universitetinin tərəfdaşı olan Fransanın Strasburq Universitetinin professoru Jean-Pierre Sauvage də var.

Sektor müdiri əlavə edib ki, yeni tədris ilindən ölkənin bütün rayon və şəhərlərinin ümumi təhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılıb. 2016-2017-ci tədris ili üçün respublika üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 min nəfərdən artıqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti