...

İran Prezidenti Pakistana səfər edəcək

Dünya xəbərləri Materials 8 İyul 2009 16:46 (UTC +04:00)

İran, Əfqanıstan və Pakistan prezidentlərinin sammiti oktyabr ayında İslamabadda keçiriləcək. İran Prezidenti Mahmud Əhmədinejad sammitdə iştirak etmək məqsədi ilə Pakistana səfər edəcək. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.

Üç ölkənin dövlət başçılarının bundan öncəki sammiti mayın 24-də Tehranda keçirilib.

İranın xarici işlər nazirinin müavini Məhəmməd Mehdi Axundzadə bu gün Pakistana səfər edib. Səfər zamanı Axundzadə Pakistanın Prezidenti və Baş naziri ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti