Bakı. Trend:
Rusiya millisinin azarkeşləri Fransada futbol üzrə Avropa Çempionatı çərçivəsində Slovakiya ilə oyun zamanı tribunalarda fişənglərdən istifadə ediblər. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, fişənglər Rusiya millisinin vurduğu qoldan sonra yandırılıb.
Xatırladaq ki, Lildə keçirilən oyunda Slovakiya 2:1 hesabı ilə Rusiyanı məğlub edib.