...

Ərdoğanla Makron arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 24 Mart 2018 01:25 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub
Ərdoğanla Makron arasında telefon danışığı olub

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, Türkiyə prezidenti fransalı həmkarına ölkədə baş vermiş silsilə hücumlar ilə əlaqədar başsağlığı verib.

Bundan əlavə, iki ölkə lideri ikitərəfli əlaqələri və bir sıra regional məsələləri müzakirə ediblər.

Qeyd edək ki, martın 23-ü Fransanın cənubunda Od departamentində silsilə hücumlar baş verib. Karkasonda yaşayan 26 yaşlı mərakeşli Reduan Lakdim avtomobil yolunda sürücüyə hücum edib və yaralayıb, onun sərnişinini isə öldürüb. Avtomobili ələ keçirdikdən sonra o, qaçışdan qayıdan bir qrup silahsız xüsusi təyinatlılara hücum edib.

Sonra o, "Super U" mağazasına gəlib və bir qrup insanı girov götürüb. Fransa polisinin həyata keçirdiyi əməliyyat zamanı Reduan Lakdim zərərsizləşdirilib. Silsilə hücumlara görə cavabdehliyi İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti