...

İŞİD Şri-Lankanın şərqində partlayışlara görə məsuliyyəti üzərinə götürüb

Dünya xəbərləri Materials 28 Aprel 2019 06:17 (UTC +04:00)

Bakı. Trend:

İŞİD terror qruplaşması aprelin 26-sı Şri-Lankanın şərqində baş verən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Kalmunay şəhərində polislərlə toqquşmalarda 3 İŞİD üzvü iştirak edib, onlar daha sonra üzərlərində olan partlayıcını işə salıblar.

Terror qruplaşması bildirir ki, nəticədə 17 polis əməkdaşı həlak olub, lakin terror aktları ilə qruplaşmanın bağlılığını əks etdirən sübutlar göstərməyib.

Xatırladaq ki, aprelin 26-sı Şri-Lankanın Kalmunay şəhərində 3 partlayış baş verib. Partlayışlardan son 20 nəfər şübhəli bilinən şəxs saxlanılıb.

Qeyd edək ki, aprelin 21-i Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib. Terror aktları nəticəsində 250-260 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti