Bakı. Trend:
Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino yeni növ koronavirusa (COVİD-19) yoluxub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə FİFA-nın mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, 50 yaşlı C.İnfantinoda xəstəliyin yüngül simptomları var. FİFA-nın prezidenti özünü təcrid edib və ən azı 10 gün karantində qalacaq.