...

Avropalılar etdiklərinə görə üç min il üzr istəməlidirlər - FIFA prezidenti

Dünya xəbərləri Materials 19 Noyabr 2022 14:02 (UTC +04:00)
Avropalılar etdiklərinə görə üç min il üzr istəməlidirlər - FIFA prezidenti
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropalılar ötən üç min il ərzində etdiklərinə görə hələ üç min il üzr istəməlidirlər.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində mətbuat konfransı zamanı Qətərin insan haqları ilə bağlı tənqid olunmasına cavab olaraq bildirib.

"Fikrimcə, biz avropalılar insanlara əxlaq dərsi verməzdən əvvəl 3 min il ərzində bütün dünyada etdiklərimizə görə növbəti 3 min il ərzində üzr istəməliyik. Biz özümüzdən soruşmalıyıq: dünya hayara yuvarlanır? Dünyada 1 milyard əlil var, amma bu, heç kimi narahat etmir", - deyə o bildirib.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı noyabr 20-də start götürür və dekabrın 18-də başa çatacaq. Turnir tarixdə ilk dəfə Yaxın Şərq ölkəsində baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti