...

Yunanıstanda turistlər üçün iqlim dəyişikliyi ilə bağlı vergi tətbiq olunacaq

Dünya xəbərləri Materials 9 Yanvar 2024 08:23 (UTC +04:00)
Yunanıstanda turistlər üçün iqlim dəyişikliyi ilə bağlı vergi tətbiq olunacaq

Bakı. Trend:

Güclü meşə yanğınları və daşqınlardan sonra bərpa ilə bağlı təşəbbüsləri dəstəkləmək məqsədilə Yunanıstan hökuməti cari ilin yanvar ayından qüvvəyə minən yeni mənzil vergisi tətbiq edib.

Trend-in məlumatına görə, bu barədə yunan mətbuatında xəbər verilib.

“İqlim dəyişikliyinə qarşı dayanıqlıq vergisi” ölkəyə gələrək oteldə qalmaq üçün ödəniş etməli olan turistlər üçün nəzərdə tutulub. O yalnız mart ayından oktyabr ayına qədər davam edən turist mövsümünün ən pik vaxtında tutulacaq. Vergi dərəcələri bir gecəyə 1 avrodan 4 avroya qədər dəyişir, üstəlik ödənişin miqdarı mənzilin reytinqindən asılıdır.

Qeyd edək ki, bu vergilər istirahət üçün turist operatorları və agentləri tərəfindən təqdim edilmiş qiymətlərə daxil edilməyib. Səyahətçilər onları otellərdə yerli valyuta ilə ödəməli olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti