...

Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasına yeni rəhbər təyin edildi

Dünya xəbərləri Materials 27 Mart 2024 11:55 (UTC +04:00)
Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasına yeni rəhbər təyin edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Şurası Gürcüstandakı Monitorinq Missiyasına yeni rəhbər təyin edib.

Trend xəbər verir ki, Monitorinq Missiyasının rəhbəri vəzifəsinə fransalı qadın general-mayor Bettina Boughani təyin olunub.

O, martın 21-dən dekabrın 14-dək missiyasının rəhbəri vəzifəsini icra edəcək.

Bildirilir ki, B.Boughani Fransa milli jandarmının zabitidir və bundan əvvəl BMT-də, həmçinin Fransa Daxili İşlər Nazirliyində yüksək vəzifələr tutub.

Xəbər lenti

Xəbər lenti