...

Bakı-2015 və P&G üçüncü "Şanslı qalib"in adını açıqladılar

Baku 2015 : EUROGAMES Materials 26 May 2015 17:02 (UTC +04:00)
Bakı-2015 və rəsmi tərəfdaşı P&G Elnarə Rəsulovanı Birinci Avropa Oyunlarının sonuncu “Şanslı qalib”i elan etdi.
Bakı-2015 və P&G üçüncü "Şanslı qalib"in adını açıqladılar

Azərbaycan, Bakı, 26 may /Trend/

Bakı-2015 və rəsmi tərəfdaşı P&G Elnarə Rəsulovanı Birinci Avropa Oyunlarının sonuncu "Şanslı qalib"i elan etdi. E.Rəsulovanın bilet nömrəsi təsadüfi çəkilişlə qalib olub və o, bütün ailəsi üçün illik P&G məhsullarının sahibi olub.

Bakı-2015-in "Şanslı qalib" kampaniyası "onlayn" bilet alan yerli tamaşaçılar üçün keçirilir. İyun ayının əvvəllərində elan ediləcək sonuncu "Şanslı qalib" "Nar Mobile"dan ömürlük danışıq paketi qazanacaq. Bütün mükafatlara Bakı-2015 birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə iki VIP bilet də daxildir.

"Şanslı qalib" - xanım E.Rəsulova dedi: "Bakının ev sahibliyi edəcəyini eşidəndən bəri Avropa Oyunlarını səbirsizliklə gözləyirəm və belə möhtəşəm bir mükafatı əldə etmək bunu daha da xüsusiləşdirir. Açılış Mərasimində olmağı gözləyə bilmirəm; bu, ölkəmiz üçün çox gözəl anlar olacaq və burada iştirak etdiyim üçün çox xoşbəxtəm!"

Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq dedi: "Xanım Rəsulova bizim üçüncü Şanslı Qalibimizdir və əminəm ki, bu möhtəşəm mükafatdan, eləcə də açılış və bağlanış mərasimləri üçün VIP biletlərdən zövq alacaq. "Şanslı qalib" kampaniyası Bakı-2015 Oyunları üçün biletlərin onlayn alınmasında böyük marağa səbəb olub və yeniliyə yol açan tədbirə davamlı dəstək olduqları üçün P&G-ya təşəkkür etmək istərdim".

P&G-nin Azərbaycan ofisi üzrə direktoru Taygun Günay dedi: "P&G milyonlarla azərbaycanlıların gündəlik yaşayışının bir hissəsidir və indi xanım Rəsulova "Şanslı qalib" mükafatı ilə bizim məhsulları bir illik əldə etməyi səbirsizliklə gözləyə bilər. Biz Avropa Oyunlarının güclü tərəfdaşı olmağa çalışırıq və bu təşəbbüs tədbiri dəstəkləmək üçün əla vasitədir".

Bakı-2015 Oyunları üçün biletləri baku2015.com veb səhifəsindən onlayn almaq mümkündür və Rəsmi Tərəfdaş Nar Mobile-dən böyük mükafat qazanmaq şansı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti