...

Bakı-2015 və "Nar" sonuncu şanslı qalibi elan etdilər

Baku 2015 : EUROGAMES Materials 10 İyun 2015 15:19 (UTC +04:00)
Bakı-2015 və rəsmi tərəfdaş "Nar" Fuad Həsənovun Avropa Oyunlarının dördüncü və sonuncu şanslı qalibi olduğunu elan ediblər.
Bakı-2015 və "Nar" sonuncu şanslı qalibi elan etdilər

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Bakı-2015 və rəsmi tərəfdaş "Nar" Fuad Həsənovun Avropa Oyunlarının dördüncü və sonuncu şanslı qalibi olduğunu elan ediblər. Bilet nömrəsi F.Həsənovun bəxtinə təsadüfi çəkilişlə düşüb və o, Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru olan "Nar "dan iPhone 6+, iPad Air 2, 3G Nar internet paketi, xüsusi nömrə və nəhayət, ömürlük danışıq paketi qazanıb.

Bakı-2015-in "Şanslı qalib" kampaniyası onlayn bilet alan yerli tamaşaçılar üçün rəsmi tərəfdaşların təqdim etdiyi qiymətli hədiyyələr üzrə keçirilir. Əvvəlki şanslı qaliblərə "Azərbaycan Hava Yolları" tərəfindən Nyu York şəhərinə iki nəfərlik biznes-klass, gediş-gəliş uçuş bileti və 1500 AZN məbləğində cib xərcliyi, "Tissot"un xüsusi hazırladığı kişi və qadın saatı, bütün ailə üçün "P&G" məhsullarının illik tədarükü təqdim edilib. Bütün şanslı qaliblər Bakı-2015-in açılış və bağlanış mərasimlərinə iki VIP bilet qazanıblar.

Şanslı qalib F.Həsənov bildirib: "Mən idman azarkeşiyəm və ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi mənim üçün möhtəşəm fürsət oldu. Lakin belə möhtəşəm hədiyyəni udmaq gözlənilməz idi. Ölkənin ən sürətlə inkişaf edən mobil operatoru "Nar" dan ömürlük danışıq paketi qazanmaq mənim üçün böyük dəyişikliklər edəcək. Bakı-2015-in açılış və bağlanış mərasimlərini səbirsizliklə gözləyirəm".

"Nar"ın icraçı direktoru Kent MakNili deyib: "Bakı-2015 Avropa Oyunları ölkəmiz üçün tarixi anlar yaşadacaq və "Nar" şanslı qalib kampaniyası vasitəsilə Azərbaycan xalqına həyəcanlı anlar yaşatdığı üçün fəxr edir".

Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: "Cənab Fuad Həsənovu Bakı-2015-in sonuncu şanslı qalibi olduğu üçün təbrik etmək istərdim. Belə bir təbliğat Azərbaycan ictimaiyyəti arasında marağa səbəb olub və biz ilk Avropa Oyunlarına göstərdiyi davamlı dəstəyə görə "Nar"a minnətdarlığımızı bildiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti