...

Ən sürətli üzgüçülər Bakı-2015-də iştirak edəcəklər

Baku 2015 : EUROGAMES Materials 10 İyun 2015 15:48 (UTC +04:00)
Birinci Avropa Oyunlarında su idman növləri arasında sürət baxımından ən çox diqqət cəlb edən mübarizə üzgəclərlə üzmə yarışlarında olacaq.
Ən sürətli üzgüçülər Bakı-2015-də iştirak edəcəklər

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Birinci Avropa Oyunlarında su idman növləri arasında sürət baxımından ən çox diqqət cəlb edən mübarizə üzgəclərlə üzmə yarışlarında olacaq.

Trend Oyunların saytına istinadən məlumat verir ki, üzgəclərdən istifadə edəcək peşəkar qadın və kişi üzgüçülər Bakı Su İdmanı Mərkəzində keçiriləcək yarışlarda sürətli üzgüçülüyün sualtı növündə qızıl medal sahibi olmaq üçün mübarizə aparacaqlar.

1930-cu illərdə bir idman növü olaraq məşhurlaşan üzgəclərlə üzmə yarışı Bakı-2015-də azarkeşlərin maraqla izləyəcəyi üzgüçülük yarışıdır. Qeyd edək ki, birinci Avropa Oyunlarında bu idman yarışlarında mübarizə aparan idmançılar iyunun 27-də yarışmağa başlayacaqlar.

Avropanın ən sürətli üzgüçüləri 50 və 100 metrlik məsafə üzrə 4 yarışdan ibarət olacaq bu idman növünün üç əsas - səth, təngnəfəslik və suya dalma növlərində mübarizə aparacaqlar. Bu onların əlavə sürət və delfinvari üzmə texnikalarını göstərməsinə imkan yaradacaq. İdmançılar hər iki ayağa keçiriləcək üzgəclərlə ənənəvi üzgüçülük yarışlarındakından daha çox sürət yığacaqlar.

Adi üzgüçülük yarışında 50 metrlik sərbəst hərəkətlərdə dünya rekordu 20.91 saniyədir. Lakin üzgüçülərin palet və maska geyindiyi, nəfəslərini suyun altında saxladıqları 50 metrlik təngnəfəslik yarışında sürətli üzgüçülüyün rekordu isə 2014-cü ildə İtaliyanın Linyano Sabbyadoro şəhərində keçirilən 25-ci Avropa Sürətli Üzmə Çempionatında qalib olan rusiyalı Pavel Kabanova məxsusdur. Belə ki, o bu məsafəni 13,85 saniyəyə qət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti