...

Ermənistanın Bərdəyə raket atəşi nəticəsində həlak olan 16 yaşlı yeniyetmə (FOTO/VİDEO)

Gündəm Materials 7 Noyabr 2020 18:41 (UTC +04:00)
Ermənistanın Bərdəyə raket atəşi nəticəsində həlak olan 16 yaşlı yeniyetmə (FOTO/VİDEO)

Bərdə. Samir Əli - Trend:

Xəbər verildiyi kimi, bu gün saat 16 radələrində Ermənistan silahlı qüvvələri Bərdə rayonunu raket atəşinə tutub.

Trend-in məlumatına görə, hadisə nəticəsində rayonun Yeni Əyricə kəndində yerləşən fərdi yaşayış evinə mərmi düşüb, həmin vaxt evin həyətində olan 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub.

Həlak olan 16 yaşlı Ş. Rəhimov ailədə 3 qardaş olub. Qardaşlar üçəm olublar. Ş. Rəhimovun ailəsi Laçın rayonundan olan məcburi köçkündür və Bərdə rayonu ərazisində fermadakı tikilidə məskunlaşıbmış.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti