...

IX siniflər üzrə sınaq qiymətləndirmə keçiriləcək

Gündəm Materials 8 Fevral 2021 13:34 (UTC +04:00)
IX siniflər üzrə sınaq qiymətləndirmə keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən IX siniflər üzrə sınaq qiymətləndirmə keçiriləcək.

İdarədən Trend-ə verilən məlumata görə, sınaq qiymətləndirmə fevralın 9-da mövcud epidemioloji vəziyyətlə əlaqədar onlayn şəkildə təşkil olunacaq.

Sınaq qiymətləndirmənin keçirilməsinin əsas məqsədi şagirdlərin buraxılış imtahanlarına hazırlıq səviyyəsinin müəyyənləşdirilməsindən ibarətdir.

Sınaq qiymətləndirmə riyaziyyat, ingilis dili və təlim dili üzrə keçiriləcək.

Ümumilikdə 85 sualın (təlim dili 30, riyaziyyat 25, ingilis dili 30 sual) cavablandırılması üçün şagirdlərə 3 saat (14:00-17:00) vaxt veriləcək.

Qiymətləndirmə bitdikdən sonra şagirdlərin topladığı bal ümumi təhsil müəssisələrinə göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti