...

Çində H3N8 quş qripi virusuna ilk insan yoluxma halı qeydə alınıb

Gündəm Materials 27 Aprel 2022 03:14 (UTC +04:00)
Çində H3N8 quş qripi virusuna ilk insan yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Çində H3N8 quş qripinə insanın ilk yoluxma hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə "BNO News" informasiya agentliyi Çin Milli Səhiyyə Komissiyasına istinadən bildirib.

Məlumata əsasən, infeksiya Henan əyalətinin Çjumadan şəhərinin dörd yaşlı sakinində təsdiqlənib. Yoluxma aprelin 5-də ev quşları ilə təmas nəticəsində baş verib. Uşağın vəziyyəti pisləşdiyi üçün aprelin 10-da xəstəxanaya yerləşdirilib. Xəstəliyə yoluxanların bütün qohumlarının sağlam olduğu bildirilib.

Komissiyanın ilkin qiymətləndirməsinə görə, H3N8 ştammı "hələ insanları effektiv şəkildə yoluxdurmaq qabiliyyətinə malik deyil", ona görə də genişmiqyaslı epidemiya riski aşağı olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti