...

Pirquluoba kəndində səyyar qəbul keçirilib (FOTO)

Gündəm Materials 21 İyun 2022 20:09 (UTC +04:00)
Pirquluoba kəndində səyyar qəbul keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Milli Məclisin deputatı Sevil Mikayılova Pirquluoba kəndində səyyar qəbul keçirib. Qəbulda Pirquluoba İnzibati Ərazi Dairəsinə daxil olan Qoçaqqazma, Hacıməmmədoba və Yeni Sudur kəndlərinin sakinləri iştirak edib. Yerli hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarının məsul şəxslərinin qatıldığı görüşdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra vətəndaşların müraciəti və təklifləri dinlənilib. Sakinlər içməli suya olan ehtiyacın ödənilməsi, suvarma kanallarında sahilbərkitmə işlərinin aparılması, əlavə subartezian quyusunun qazılması, elektrik təsərrüfatının yenilənməsi və kəndlərarası yolun təmiri ilə bağlı müraciətlərini səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Milli Məclisin deputatı Sevil Mikayılova səsləndirilən müraciətlərin operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyəti qurumlarla əlaqə yaradılacağını bildirib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Səyyar qəbuldan sonra Pirquluoba kəndinin gilas bağlarında məhsul yığımı ilə tanış olunub. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev aqrar sektorun inkişafına göstərilən dövlət qayğısından danışıb. Xaçmaz rayonunda əhalinin əsas gəlir mənbəyi olan meyvəçilyin inkişafı istiqamətində həyata keçiriləcək layihələr barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti