...

Ali Məhkəmənin qərarı ilə 4 erməni azadlığa buraxıldı

Gündəm Materials 8 Sentyabr 2022 18:22 (UTC +04:00)
Ali Məhkəmənin qərarı ilə 4 erməni azadlığa buraxıldı

Bakı. Trend:

Ali Məhkəmədə terrorçu silahlı birləşmələrin tərkibində olmuş Ermənistan vətəndaşı olan 4 şəxs barəsində olan kassasiya şikayəti üzrə məhkəmə prosesləri keçirilib.

Trend xəbər verir ki, Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı məhkumlara aid hissədə dəyişdirilib.

Həmin şəxslərə 1 il 8 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onların həbs cəzası bitmiş sayılıb. Onlar dərhal cəzaçəkmə müəssisəsindən azad edilib.

Bakı Apelyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarının qalan hissəsi dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti