...

Elnur Rzayev Qaradağ Buduq kəndində səyyar qəbul keçirib (FOTO)

Gündəm Materials 1 Noyabr 2022 20:29 (UTC +04:00)
Elnur Rzayev Qaradağ Buduq kəndində səyyar qəbul keçirib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri ilə birlikdə Hülovlü İnzibati Ərazi Dairəsinə daxil olan Qaradağ Buduq kəndində qəbul keçirib.

Qəbulda Hülövlü, Qaradağ Buduq, Qardağlı, Rəhimoba, Ustacəlilli, Qobuqıraq, Canaxır, Mehrəliqışlaq, Bəyqışlaq və Mürsəliqışlaq kəndlərinin sakinləri iştirak edib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlər kəndlərarası yolun təmiri, yeni məktəb binasının inşası, suvarma kanallarının təmizlənməsi ilə bağlı olub.
Müraciətləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti