...

Birinci dərəcə gözdən əlilliyi olan şəxslər pedaqoji fəaliyyətlə məşğul olsun - Təklif

Gündəm Materials 3 Mart 2023 14:06 (UTC +04:00)
Birinci dərəcə gözdən əlilliyi olan şəxslər pedaqoji fəaliyyətlə məşğul olsun - Təklif
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Birinci dərəcə gözdən əlilliyi olan şəxslərin Pedaqoji fəaliyyətlə məşğul olmasına icazə verilməsi təklif olunub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsində deyilir.

Məruzədə birinci dərəcə gözdən əlilliyi olan şəxslərin hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsi, o cümlədən ayrı-seçkilik hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli, 57 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı”ndan “Binokulyar korluq” və “Binokulyar ağır görmə pozuntusu” xəstəliklərinin çıxarılması təklif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti