Bakı. Trend:
14-16 mart tarixlərində ABŞ-nin Avropa Komandanlığının planlaşdırma, strategiya və imkanlar üzrə direktor müavini, briqada generalı Edvard Voqan Azərbaycana gəlib.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Qeyd edilib ki, Bakıya səfəri çərçivəsində briqada generalı Voqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və Ərazilərin Minalardan Təmizlənməsi Agentliyinin rəsmiləri ilə görüşlər keçirəcək.
"Briqada generalı Voqan ABŞ-Azərbaycan təhlükəsizlik tərəfdaşlığı və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək", - deyə əlavə edilib.