...

Gənc yaşında məcburi şəkildə tərk etdiyim Füzuliyə qayıtdığım üçün çox sevincliyəm – Füzuli sakini

Gündəm Materials 18 Mart 2024 07:57 (UTC +04:00)
Gənc yaşında məcburi şəkildə tərk etdiyim Füzuliyə qayıtdığım üçün çox sevincliyəm – Füzuli sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Gənc yaşımda məcburi şəkildə tərk etdiyim, Füzuliyə qayıtdığım üçün çox sevincliyəm.

Bunu Trend-ə açıqlamasında Füzuli sakini Səməd Babayev deyib.

Onun sözlərinə görə, 18 yaşında Füzulini tərk edib və burada məcburi köçkün olaraq Ceyranbatan qəsəbəsində məskunlaşıb.

"Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin", - deyə o bildirib.

Xatırladaq ki, bu gün 34 ailə, yəni 123 nəfər Füzuli sakini öz yurduna geri qayıdır. Beləliklə indiyədək Füzuli şəhərinə 596 ailənin, yəni 2245 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti