...

Azərbaycanda ölümlə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 16 Oktyabr 2008 11:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanın cənubunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən cümə axşamı Trend Life-a verilən məlumata görə, oktyabr ayının 15-də saat 15:30 radələrində Bakı-Astara yolunun 29-cu kilometrliyində Lökbatan qəsəbə sakini 1950-ci il təvəllüdlü Misirov Famil Qüdrət oğlunun idarə etdiyi "Mersedes- 190" markalı 10-VO-179 dövlət nömrə nişanlı maşın yoldan çıxaraq aşıb. Nəticədə sürücü ölüb, həyat yoldaşı 1962-ci il təvəllüdlü Məmmədova Kəmalə Şamil qızı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti