...

Azərbaycanın paytaxtında taksi sürücüsü silahlı hücuma məruz qalıb

Hadisə Materials 31 Oktyabr 2008 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr/ Trend , müxbir S.Kazımlı/ Cümə günü səhər Azərbaycanın paytaxtında taksi sürücüsü silahlı hücuma məruz qalıb. İki naməlum şəxs Elçin Əzizağa oğlu Hüseynova məxsus "Mercedes" markalı avtomobilə sərnişin kimi əyləşiblər. Yolda naməlum şəxslər taksi sürücüsünü, odlu silahla hədə-qorxu gəlməklə maşından çıxarıb, avtomobili qaçırıblar, - Nizami rayon  25 - ci Polis İdarəsinin rəisi Akif Nəzərli Trend -a bildirib.

Naməlum şəxslər avtomobili NZS qəsəbəsində atıblar. Hücum edən şəxslər "Makarov" tipli silahdan istifadə ediblər.Faktla bağlı Nizami rayon Polis İdarəsinin istintaq bölməsində Azərbaycan Cinayət Məcəlləsinin 182 - ci (hədə-qorxu ilə tələb etmə) və 228 - ci (qanunsuz olaraq odlu silah saxlama və daşıma) maddələri ilə cinayət işi başlanıb, hadisəni törədən şəxslərin axtarışı üçün polis gücləndirilmiş vəziyyətə gətirilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti