...

Masallıda evdə, Ağdaşda fermada yanğın olub

Hadisə Materials 4 Dekabr 2013 06:02 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Masallı rayonu, Şıxlar kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan (hər mərtəbəsi 125 kv.m) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiylaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafzə olunub.
Masallıda evdə, Ağdaşda fermada yanğın olub

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Masallıda evdə, Ağdaşda fermada yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Masallı rayonu, Şıxlar kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan (hər mərtəbəsi 125 kv.m) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiylaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafzə olunub.

Yanğın saat 03:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Ağdaş rayonu, Ərəbocağı kəndində (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus fermanın ərazisində ümumi sahəsi 900 kv.m olan quyunun içərisinə yığılmış 6 ton mal yemi (silos) yanıb. Yaxınlıqdakı ot bağlaması və ferma yanğından mühafizə olunub.

Yanğın hər iki halda yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti