...

Bakıda avtobil qaçırmaqla məşğul olan dəstə tutulub

Hadisə Materials 9 Aprel 2014 13:50 (UTC +04:00)
Bakıda avtobil qaçırmaqla məşğul olan dəstə tutulub.
Bakıda avtobil qaçırmaqla məşğul olan dəstə tutulub

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir E.Mehdiyev/

Bakıda avtobil qaçırmaqla məşğul olan dəstə tutulub.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluq etdiklərinə görə tutulmuş Eldar Balışovun və Rasim Şükürovun aprelin 4-də Anar Səfərova məxsus "VAZ-2104" markalı avtomobili Bakı şəhər sakini Anar Muradi ilə birgə qaçırmaları müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Muradi tutulub.

E.Balışovun və R.Şükürovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların, cari il fevral ayının 25-də Bakı şəhər sakini Namiq Quliyevə məxsus "Niva" markalı avtimobilin ehtiyat təkərini oğurlamaları da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti