...

İsmayıllı və Kürdəmirdə fermalarda yanğın: dam örtüyü, ot bağlamaları yanıb

Hadisə Materials 30 May 2018 01:11 (UTC +04:00)
İsmayıllı və Kürdəmir rayonlarında fermalarda yanğın olub.
İsmayıllı və Kürdəmirdə fermalarda yanğın: dam örtüyü, ot bağlamaları yanıb

Bakı. Trend:

İsmayıllı və Kürdəmir rayonlarında fermalarda yanğın olub.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, İsmayıllı rayonunun Qubaxəlilli kəndində ümumi sahəsi 1100 m² olan fermanın dam örtüyünün yanar konstruksiyaları 300 m² sahədə və çardağına yığılmış 10 ton ot bağlamasının 5 tonu yanıb.

Fermanın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Həmçinin, Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində fermanın ərazisində 30 ton ot bağlamasının 25 tonu və ümumi sahəsi 440 m² olan fermanın dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Ot bağlamasının və fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti