...

Bərdədə 47 yaşlı qadın fermada ölü tapıldı

Hadisə Materials 15 Mart 2019 19:57 (UTC +04:00)
Bərdədə fermada meyit tapılıb
Bərdədə 47 yaşlı qadın fermada ölü tapıldı

Bakı. Samir Əli - Trend:

Bərdədə fermada meyit tapılıb.

Trend-in məlumatına görə, hadisə rayonun Çələbilər kəndində baş verib.

1972-ci il təvəllüdlü Süleymanova Sevinc Səlim qızı kənd ərazisində müvəqqəti məskunlaşdığı fermada ölü vəziyyətdə tapılıb.

Ölümün səbəbinin müəyyənləşdirilməsi üçün meyit Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti