...

Şamaxıda 7 ədəd PHS tapılıb (FOTO)

Hadisə Materials 21 Mart 2019 23:36 (UTC +04:00)
Şamaxıda 7 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS) və 1 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan 82 mm-lik minaatan mərmisi (O-832) aşkar olunub.
Şamaxıda 7 ədəd PHS tapılıb (FOTO)

Bakı. Trend:

Şamaxıda 7 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS) və 1 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan 82 mm-lik minaatan mərmisi (O-832) aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 14:48-də Daxili İşlər Nazirliyinin Şamaxı rayon Polis Şöbəsindən Agentliyə Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində 6 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Zoğalavay çayının kənarına baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunan hərbi sursatlar zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların (PHS) ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti